Ça. İyn 22nd, 2021

Gürcüstanın xarici dövlət borcu son bir ildə 1,794 mlrd. ABŞ dolları artıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında qeyd olunub.

Bildirilib ki, 2021-ci ilin 1 yanvar tarixinə Gürcüstanın xarici borcu 7,535 milyard dollara çatıb. Halbuki 2020-ci ilin 1 yanvarında qonşu ölkənin xarici borcunun cəmi 5,741 milyard dollara bərabər olub. Ölkənin xarici borcunun 7,162 mlrd. dolları hökumətin,  373 mln. dolları isə Milli Bankın payına düşür.

Qeyd edək ki, 2020-ci ilin sonunda Gürcüstanın Azərbaycana dövlət borcu 5,491 mln. dollar təşkil edib. Bu, 2019-cu illə müqayisədə 194 min dollar azdır.