Şb. İyl 24th, 2021

Bu günə kimi Cəbrayıl, Füzuli və Ağdam bölgələrində əkin üçün yararlı olan 2 200 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mühəndis-istehkam işləri və qoşunlarının idarə rəisinin müavini, polkovnik Ceyhun Cəfərov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi bitdikdən sonra Ali Baş Komandanın göstərişinə, müdafiə nazirinin müvafiq əmrinə əsasən, mühəndis qoşunarının hissə və bölmələri ərazilərin mina və partlamamış döyüş sürsatlarından təmizlənməsi, yeni yolların çəkilməsi, mövcud yolların bərpası, həmçinin ərazilərdə partlayış təhlükəli əşyaların zərərsizləşdirilməsi kimi tapşırıqlar yerinə yetirib:

“Buna paralel olaraq digər qurumlarla əlaqə qarşılıqlı olaraq mühəndis bölmələrindən ayrılan istehkam qurupları ilə kommunikasiya xətlərini keçdiyi yerlərdə mina və partlamamış döyüş sursatlarının təmizlənməsi işləri yerinə yetirilib. Əlavə olaraq, yolların çəkilməsi, həmin yollarda keçid yerlərinin hazırlanması, mövcud partladılmış körpülərin bərpası kimi mühəndis qoşunları tərəfindən tapşırıqlar yerinə yetirilir”.