Şb. İyl 24th, 2021

Bakıda maraqlı oğurluq hadisəsi baş verib.

hadisə ötən gün Nərimanov rayonunda qeydə alınıb. Ətir dükanına gələn müştəri məhsullar barədə məlumat alıb. Daha sonra onların birini seçərək avtomobilində olan xanımına göstərəcəyini deyib və mağazadan çıxıb.

Bir müddət keçdikdən sonra satıcı həmin şəxsin geri qayıtmadığını gördükdə, ətirin oğurlandığını anlayıb. Oğrunun mağazadan ətiri alıb çıxdığı görüntülər videokameraya düşüb.