Şb. İyl 24th, 2021

Prezident İlham Əliyevin sosial sahədə keçirdiyi siyasətin əsas prioritet istiqamətlərindən birini də şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi və təminatının yaxşılaşdırılması təşkil edir. Dövlətin diqqət və qayğısı nəticəsində çoxsaylı sosial proqramlar həyata keçirilib və bunlardan ən önəmlisi də bu katiqoriyadan olan insanların mənzil şəraitinin yaxşılaşdırılmasıdır.

bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. Onun sözlərinə görə, hazırda ölkəmizdə 2014-cü ilə qədər olan şəhid və qazi ailələrinin mənzil şəraitinin yaxşılaşdırılaması istiqamətində işlər həyata keçirilir. Bu günə kimi 9 100 nəfərə yaxın şəhid ailəsi və qazi mənzillə təmin olunub:

“2020-ci ildə isə rekord sayda, bu katiqoriyadan olan 1500 ailə mənzillə təmin olunub. Müharibə əlilləri və şahid ailələrinə göstərilən qayğının daha da gücləndirilməsi məqsədi ilə bu proqamın genişləndirilməsi ilə bağlı bu gün Prezident İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalanıb. Bu sərəncama əsasən, 2014-cü ildən 2020-ci ilə qədər yerli icra hakimiyyəti orqanlarında mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün uçota durmuş müharibə əlilliyi olan şəxslər və şəhid ailələrimizlə bağlı tədbirin icrasına başlanılacaq.

Eyni zamanda, bilirsiniz ki Vətən müharibəsi ilə əlaqədar olaraq həm şəhidlərimiz, həm də yaralılarımız oldu. Dövlət qayğısının gücləndirilməsi ilə əlaqədar bu kateqoriyadan olan şəxslərin də mənzil-məişət şəraitinin yaxşılaşdırılması həyata keçiriləcəkdir. Bu proqramın 2021-2025-ci illərdə icrası nəzərdə tutulur. Mexanizm belədir ki, biz yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu kateroqriyadan olan şxəslərin uçota götürlməsini təmin edəcəyik və proqramın icrasına başlayacağıq”.