Ca. Avq 5th, 2021

Şəki rayon sakini Elşad Alxasovun şəxsi təsərrüfatında yetişdirdiyi qırqovullar İlisu Dövlət Təbiət Qoruğunun mütəxəssislərinin iştirakı ilə vəhşi təbiətə buraxılıb.

Trend xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, qırqovul növünün populyasiyasının bərpası məqsədilə fərdi təsərrüfatda yetişdirilmiş 250 baş qırqovul quşunun Qax rayonunun ərazisindəki Axarbaxar silsiləsinə, Acınohur və Sarıca çöllərinə, Qanıxçay və Əyriçay ərazilərinə buraxılması həyata keçirilib.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək fərdi təsərrüfatında qırqovul yetişdirən Elşad Alxasova vəhşi təbiətə töhfə verdiyi üçün təşəkkür edirik”.