Bz. İyn 20th, 2021

ABŞ səlahiyyətliləri pandemiya qarşısında iqtisadiyyatı stimullaşdırmaq üçün təcili tədbirlər görməlidirlər, əks halda “daha da dərin bir çuxurdan” çıxmaq məcburiyyətində qalacaqlar.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Brayan Diz deyib.

“Virus və iqtisadiyyat baxımından təhlükəli bir vəziyyətdəyik. Qətiyyətli addım atmadan, [indi] yaşadığımız böhrandan da daha ciddi bir iqtisadi çuxura düşmə riski var”, – Diz deyib.