Ça. İyn 22nd, 2021

ABŞ-da koronavirusun Braziliyada aşkarlanan yeni ştammına ilk yoluxma halı qeydə alınıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Minnesota ştatının Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusun yeni ştammı Braziliyadan gələn Minnesota sakinində aşkarlanıb: “Bu yoluxma ABŞ-da rəsmi aşkarlanan ilk P.1-in Braziliya variantıdır”.

Bildirilir ki, sözügedən vətəndaşda simptomlar ayın ilk həftəsində müşahidə edilib, onun testinin cavabı isə yanvarın 9-u bəlli olub.