Şb. İyl 24th, 2021

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 130 485 yoluxma halı qeydə alınıb, 1769 nəfər vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, pandemiya başlayandan bəri ABŞ-da koronavirusa 25,1 milyondan çox yoluxma qeydə alınıb.

ABŞ-da COVID-19-dan ölənlərin sayı 419 225 nəfərdir.