Ç. İyn 23rd, 2021

Prezident Cozef Baydenin başçılıq etdiyi ABŞ rəhbərliyi KXDR-ə qarşı yeni strategiya hazırlamağı planlaşdırır.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün keçirdiyi brifinqdə elan edib.

“Prezidentin fikirləri, şübhəsiz ki, Şimali Koreyanın [kütləvi qırğın silahları və onların çatdırılma vasitələri] yayılmasında nüvə, raket və digər fəaliyyətlərinin beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhlükə yaratması və qlobal yayılmama rejimini pozmasıdır”, – amerikan liderinin nümayəndəsi deyib.

“Amerika xalqının və müttəfiqlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni bir strategiya qəbul edəcəyik. Bu yanaşma Cənubi Koreya, Yaponiya və digər müttəfiqlərlə sıx məsləhətləşmələrlə Şimali Koreya ilə əlaqəli vəziyyət və siasətin hərtərəfli araşdırması ilə başlayacaq”, – Cen Psaki bildirib.