Şb. İyn 19th, 2021

ABŞ Senatı ehtiyatda olan 67 yaşlı general-leytenant Lloyd Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 93 senator onun namizədliyinə, 2-si isə əleyhinə səs verib.

Onun bir gün əvvəl namizədliyini Senatın profil komitəsi dəstəkləyib.

Qeyd edək ki, 7 ildən az müddətə mülki müdafiə naziri vəzifəsinə namizədlər Konqres tərəfindən təsdiq edilməlidirlər.

Ostin 2016-cı ildə təqaüdə çıxıb. O, Almaniyada və ABŞ-ın bir çox ştatlarında xidmət edib. 

2010-cu ildə ABŞ-ın İraqdakı qüvvələrinin komandiri kimi qoşunların ölkədən tədricən geri çəkilməsinə məsul olub. 

2011-ci ilin dekabrında Quru Qoşunları Baş qərargah Komandanının müavini təyin edilib. 

2013-2016-cı illərdə ABŞ Mərkəzi Komandanlığına rəhbərlik edib. Bu vəzifədə Vaşinqtonun İŞİD-lə mübarizə strategiyasının inkişaf etdirilməsində əsas rol oynayıb.

2016-cı ildə təqaüdə çıxdıqdan sonra ən böyük silah istehsalçısı “Raytheon”un İdarə Heyətində vəzifə alıb.