Ca. İyn 24th, 2021

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. “AccessBank” dövlət xətti ilə verilən kreditlərin sahibkarlara, xüsusilə də aqromüştərilərə çatdırılmasında fəal iştirak edir.

“AccessBank”ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgeniya Qaşikulina Bankın kiçik sahibkarlara təklif etdiyi məhsullar haqqında məlumat verib.

Xanım Qaşikulina, “AccessBank” dövlət xətti ilə sahibkarlara verilən vəsaitlərin onlara çatdırılmasında fəal rol oynayır. Bilmək istərdik, Bank olaraq, kənd təsərrüfatı sahəsində çalışanlara hansı xidmətlərinizi təklif edirsiniz?

Sahibkarlığın İnkişafı Fondu (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) xətti ilə dövlət tərəfindən verilən kreditlərlə yanaşı, bizim daxili kreditlərimiz də vardır. Bank, uzunmüddətli kreditləri yatırım məqsədli layihələrər verir. Qısamüddətli kreditlər isə bir aqrodövrün maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Kiçik biznes üçün qısamüddətli kreditlər əsaəsn 15.000 AZN dəyərində olur və 12 ayadək verilir. Bu müddət üçün verilən kreditlərdə 9 ay güzəşt müddəti tətbiq olunur. Kredit 12-16% aralığında verilir. Müştəri kredit üçün banka müraciət etdikdə sorğu bankdaxili analiz edilir və növbəti 24 saat ərzində müştəriyə cavab verilir. Təkrar müştərilərdə isə qərarvermə müddəti 2-3 saat çəkir.