Ca. İyn 24th, 2021

Yanvarın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib. Onlayn formatda keçirilən iclası giriş sözü ilə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev açaraq gündəliyə daxil edilmiş məsələlər barəsində məlimat verib.

Federasiyadan Trend-ə bildirilib ki, iclasda AHİK-in «Azərbaycan Həmkarlar İttifaqları – 115 il» yubiley döş nişanının təsis olunması və əsasnaməsi haqqında məlumat verilərək bildirilib ki, yubiley döş nişanı AHİK-in İcraiyyə Komitəsi tərəfindən təsis edilir. Yubiley döş nişanı ilə həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə həmkarlar ittifaqı işçiləri, həmkarlar ittifaqı fəalları, dövlət, ictimai xadimlər, beynəlxalq həmkarlar ittifaqı hərəkatının fəalları və başqaları təltif olunurlar.

İclasda “İşəgötürən tərəfindən işçi qüvvəsinə sərf olunan xərclər haqqında” çıxış dinlənilib. Qeyd olunub ki, son dövrlər ölkəmizdə sahibkarlar cəmiyyətinin güclü bir hissəsi kimi formalaşıb və kifayət qədər resurslara malikdirlər. Əməkçilərin sosial məsələlərinin həllində, xüsusən işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılmasında sahibkarların iştirak imkanları ilbəil artır.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) metodologiyasına uyğun olaraq işçi qüvvəsinə çəkilən xərclər on əsas qruplar üzrə xərclərdən ibarətdir. Onların sırasında əməkhaqqı fondu və sosial ehtiyacların ödənilməsi, işçilərin yaşayış yeri ilə təminatı, peşə təhsili və mədəni-məişət xidmətlərin göstərilməsi ilə bağlı əlavə xərclər, sosial sığorta üzrə kollektiv şəkildə qəbul edilmiş konkret və könüllü üzvülük haqları, sosial müavinətlər, ezamiyyə xərcləri və işçi qüvvəsindən istifadə edilməsi ilə bağlı vergilər vardır.