Şb. İyl 24th, 2021

“Ali təhsil müəssisələrində daha çox nəzəri dərslərin distant saxlanılmasının tərəfdarıyıq”.

APA-nın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib.

O deyib ki, praktik məşğələ, laboratoriya işləri tələb edən dərslərin əyani formada keçirilməsinin tərəfdarıdır: “Bu dərslərin hansı ixtisaslarda necə olması ilə bağlı verilmiş situasiyadan asılı olaraq qərarlar veriləcək. Ümumi olaraq bunu da yaxın həftələrdə elan etməyi düşünürük”.