Be. İyn 21st, 2021

Amerikalı telejurnalist Larri Kinq bu gün 87 yaşında vəfat edib.

Trend xəbər verir ki, bu barədə onun rəsmi “Twitter” səhifəsində yerləşdirilən məlumatda deyilir.

Bildirilir ki, teleaparıcı Los-Ancelesdəki xəstəxanalardan birində dünyasını dəyişib. Onun ölümünün səbəbi barədə məlumat verilmir.

Xatırladaq ki, yanvarın 2-si “CNN” telekanalı Larri Kinqin koronavirusla əlaqədar xəstəxanaya yerləşdirildiyini bildirmişdi.