C. İyn 18th, 2021

“Quş qripi” insandan-insana keçmir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Facebook” sosial şəbəkəsindəki “Təhlükəsiz qida” adlı onlayn verilişində Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.

Onun sözlərinə görə, ciddi tələblərdən biri budur ki, virusun geniş yayılmasına imkan verilməsin, çünki bu viruslar elədir ki, mutasiyaya uğrayaraq xüsusiyyətlərini dəyişə bilər: “Hələ ki, bu virusun insandan-insana keçməsi ilə bağlı elmi məlumat yoxdur. Bugünkü koronavirusla müqayisədə H5N1 virusu daha davamlıdır. Eyni zamanda, quşlarla təmas nəticəsində bu virus insana keçir, istər ev quşlarından, istərsə də vəhşi quşlardan. Bu virus həm quşlarda, həm də insanlarda tənəffüs yollarına aid, respirator virusdur. Virus insana keçəndə ilk əlamətlər temperaturun qalxması, tənəffüsün çətinləşməsi, mövsümi qrip virusuna bənzər simptomlar olur”.