Şb. İyn 19th, 2021

Argentina hökuməti koronavirusun yayılması səbəbindən tətbiq olunan məcburi sosial məsafələnmə rejiminin 28 fevrala qədər uzadılmasına qərar verdi.

Trend TASS-a istinadən xəbər verir ki, müvafiq fərman “Argentina Respublikasının Rəsmi Bülleteni”ndə dərc olunub.

Sənəddə deyilir: “Məcburi profilaktik sosial məsafələnmərejimi 1 fevraldan 28 fevrala qədər davam edəcək”. Karantin məhdudiyyətlərinin əvvəlki uzadılması 31 yanvarda sona çatıb.

Argentinanın sosial məsafələnmə rejiminin qaydalarına görə 20-dən çox insanın qapalı və 100-dən çoxunun açıq havada toplanmaları, həmçinin kinoteatrlar, teatrlar və gecə klublarını fəaliyyətləri qadağan edilir.