Şb. İyn 19th, 2021

İspaniyanın “Atletiko” klubunun iki futbolçusu koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, bunlar yarımmüdafiəçi Yannik Karrasko və müdafiəçi Mario Ermosodur.

Hər iki futbolçunun koronavirus testi müsbət nəticələnib. Yoluxma aşkarlanan futbolçular karantinə alınaraq təcrid olunub.