Ca. İyn 24th, 2021

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycanda həyata keçirdiyi “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) fəaliyyətinə dəstək” layihəsi çərçivəsində, Agentlik və AYİB nümayəndələri arasında onlayn görüş keçirilib.

AERA-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə AERA-in İdarə Heyətinin sədri Samir Axundov, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” qanun layihəsinin aidiyyəti təşkilatlarla razılşadırılmasına dair aparılan işlər barədə məlumatlandırıb.

Onun sözlərinə görə, ötən müddət ərzində normativ hüquqi sənədlərin hazırlanması üzrə yaradılan beş işçi qrup tərəfindən intensiv işlər aparılıb. 

Layihənin digər istiqamətinə üzrə isə, AERA əməkdaşlarının bilik və bacarıqlarının artırılması, potensialının gücləndirilməsi istiqamətində 2 pilot mövzü seçilib, həmin mövzularda bir sıra görüş və müzakirələr təşkil edilib. S. Axundov Növbəti mərhələdə AYİB tərəfi ilə birlikdə digər mövzuların seçilməsi  istiqamətində müzakirələrin aparılacağını da diqqətə çatdırıb.