Şb. İyn 19th, 2021

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının tam təqvimi bəlli olub.

Apasport.az saytının məlumatına görə, yığmamızın yer aldığı F qrupunda ikinci dövrənin oyunlarının vaxtı açıqlanıb.

Komandalar Monteneqroda qüvvəsini sınayacaq. Millimiz mayın 14-də Monteneqro, ertəsi gün Gürcüstan, son turda Yunanıstanla qarşılaşacaq.

Qeyd edək ki, Gürcüstanda keçiriləcək ilk dövrənin oyunlarının vaxtı öncə bəlli olmuşdu.

AVRO-2021-in seçmə mərhələsi
F qrupu
I dövrə
I tur, 7 may

Azərbaycan – Monteneqro
Gürcüstan – Yunanıstan
II tur, 8 may
Monteneqro – Yunanıstan
Azərbaycan – Gürcüstan
III tur, 9 may
Yunanıstan – Azərbaycan
Monteneqro – Gürcüstan
 
II dövrə
IV tur, 14 may

Gürcüstan – Yunanıstan
Monteneqro – Azərbaycan
V tur, 15 may
Yunanıstan – Azərbaycan
Gürcüstan – Monteneqro
VI tur, 16 may
Azərbaycan – Gürcüstan
Yunanıstan – Monteneqro