Be. İyn 21st, 2021

UEFA tərəfindən 2020-ci ildə Azərbaycan klublarına ayrılan vəsaitin məbləği müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, AFFA-nın bu gün keçirilən Hesabat Konfransında maliyyə vəsaitinin 14 milyon 722 min 404 manat təşkil etdiyi açıqlanıb. 

UEFA-dan ən böyük qazanc əldə edən klub “Qarabağ” olub – 11 milyon 587 min 135 manat. “Neftçi” 1 milyon 398 min 491 manat, “Sumqayıt” 624 min 117 manat, “Səbail” 337 min 338 manat, “Keşlə” 300 min 976 manat, “Sabah” 187 min 715 manat, “Qəbələ” 172 min 651 manat, “Zirə” isə 113 min 981 manat əldə edib.

Qeyd edək ki, UEFA 2019-cu ildə Azərbaycan klublarına 15 milyon 451 min 591 manat vəsait ayırmışdı.