Ca. Avq 5th, 2021

Azərbaycan Ordusunun hərbi qulluqçuları avtomobil qəzasına düşüb. 

APA-nın məlumata görə, hadisə ötən gün Ömər aşırımında qeydə alınıb.

Qəza nəticəsində iki hərbi qulluqçu – Ramiz Mustafayev və Alıxan Qaragözov həlak olub.

Müdafiə Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.