Ca. İyn 24th, 2021

7-10 fevral tarixində İranın paytaxtı Tehranda keçiriləcək 14-cü Beynəlxalq İran Plast Sərgisinə Azərbaycan heyəti də qatılacaq.

bunu İranın “İran Plast” Beynəlxalq Sərgisinin məsul şəxsi Kuruş Həsənpur deyib.

K.Həsənpurun sözlərinə görə, indiyədək İraqdan 6, Əfqanıstandan 2, Azərbaycandan bir heyətin bu sərgiyə qatılması dəqiqləşib.

O, əlavə edib ki, ümumilikdə 11 ölkədən – Azərbaycan, Qazaxıstan, Tacikistan, Keniya, Hindistan, İraq, Əfqanıstan, Suriya, Livan, Türkiyə, İordaniyadan heyətlər çərçivəsində 200 iş adamının bu sərgiyə qatılacağı gözlənilir.