Ca. İyn 24th, 2021

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

final mərhələsi Rumıniya və Gürcüstanda təşkil olunacaq AVRO-2023-ə 14 vəsiqə uğrunda mübarizə aparacaq 53 komanda 9 qrupa bölünüb.

Səkkiz qrupun hərəsində 6, bir qrupda isə 5 komanda yer alıb. Azərbaycan millisi 6 yığmanın yarışacağı A qrupuna düşüb.

Milli komandamız qrupda Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya ilə mübarizə aparacaq. Seçmə mərhələnin görüşləri 2021-ci il martında başlayacaq.