Şb. İyn 19th, 2021

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı və 28-ci Ümumdünya yarışlarının vaxtı dəyişdirilib.

Trend bu barədə Beynəlxalq Gimnastika Federasiyasına (FIG) istinadə məlumat verir.

FIG bu il keçiriləcək bir neçə yarışın tarixini dəyişdirdiyini açıqlayıb.

Belə ki, Bakıdakı batut gimnastikası və tamblinq üzrə 35-ci dünya çempionatı keçirilmə tarixi bir həftə sonraya keçirilib. Yeni qərara əsasən, yarış bu il noyabrın 18-21-də keçiriləcək. Bundan əvvəl çempionatın noyabrın 11-14-də keçirilməsi planlaşdırılırdı