C. İyn 18th, 2021

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə fındıq sahələrinin sığortalanması şərtləri açıqlanıb.

Aqrar Sığorta Fondundan Trend-ə verilən məlumata görə, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar – buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır.

Aqrar Sığorta Fondu bildirir ki, fermerlər və iş adamları 2021-ci ildə fındıq sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər.

Hazırda fındıq Azərbaycanın əksər rayonlarında, xüsusilə Şəki-Zaqatala və Quba-Xaçmaz bölgələrində – Şəki, Zaqatala, Qax, Balakən, Qəbələ, Oğuz, Xaçmaz, Qusar, Quba rayonlarında əkilir.