C. İyl 30th, 2021

Azərbaycanda hər bir işçinin özünün şəxsi elektron kabineti olacaq. bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında açıqlayıb.

M.Abbasbəyli bildirib ki, bununla bağlı elektron sistemin yaradılmasına başlanılıb. Onun sözlərinə görə, “Əmək münasibətləri və məşğulluq” altsistemi – ƏMAS adlı vahid əmək münasibətləri platforması çəriçvəsində ölkədə müxətlif sektorlarda çalışan işçilərin şəxsi kabinetləri yaradılacaq.

M.Abbasbəyli deyib ki, “işçinin şəxsi işi” artıq “işçinin şəxsi kabineti” ilə əvəz olunacaq. Onun sözlərinə görə, bu sistemin tətbiqi ilə ölkədə kadr inzibatçılığı önəmli ölçüdə minimllaşacaq.