Be. İyn 21st, 2021

Azərbaycanda məşğuluq fəaliyyəti böyük ölçüdə işğaldan azad edilmiş ərazilərə yönəldiləcək.

bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

M.Abbasbəyli bildirib: “Erməni terrorundan əziyyət çəkmiş rayonlar, xüsusilə Gəncə, Bərdə, Tərtər prioritet olaraq fəaliyyətimizə daxildir”.

Onun sözlərinə görə, həmin ərazilərdə artıq 500 nəfərə yaxın şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.