C. İyn 18th, 2021

“”Qırmızı kitab”ın yeni nəşri gözlənilir”.

APA-nın məlumatına görə, bunu  “Ekspert Saatı”nda Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O bildirib ki, “Qırmızı kitab”ın yeni nəşrinin 2023-cü ildə işıq üzü görməsi nəzərdə tutulur: “Sonuncu “Qırmızı kitab”ın nəşri 2013-cü ildə olub. Onun çapı on ildən bir nəzərdə tutulub. Bununla bağlı ilkin işlərə başlanılıb, xarici və yerli ekspertlər cəlb olunacaq. Artıq ilkin görüşlər keçirilib. Çox təəssüf ki, kitabda bəzi yeni növlər müşahidə olunacaq”.