Ca. Avq 5th, 2021

2020-ci ildə Azərbaycanın Çinlə apardığı ticarət mübadiləsinin həcmi 1 846 585,02 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 35,9% azdır.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, 2020-ci ildə Azərbaycanın Çinə ixracı 432 760,54 min dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 42,5% azdır.

Hesabat ilində Azərbaycanın Çindən idxalı 1 413 824,48 min dollara bəraər olub. Bu göstərici son bir ildə 1,3% azalıb.

Nəticədə, ötən il 981 063,89 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 44,3 çoxdur.