Şb. İyl 24th, 2021

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Qarabağ Dirçəliş Fonudu”nun fəaliyyətinin təmin edilməsi haqqında fərman işğaldan azad edilmiş ərazilərimizin bərpasını və yenidən qurulmasını, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik olan regiona çevrilməsi üçün həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin gücləndirilməsini, bu sahədə dövlət-özəl münasibətlərinin tərəfdaşlığının inkişaf etdirilməsini nəzərdə tutur və bilavasitə uzun müddət düşmən əsarəti altında olan regionların abadlaşlamasına, çiçəklənməsinə və inkişafına hesablanıb.

Bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bu fərman ölkə başçısının “Biz bütün ərazilərimizi bərpa edəcəyik, cənnətə çevirəcəyik, abadlaşdıracağıq. İnsanlar bu yerlərdə yenidən normal həyata qayıdacaq, qurub yaradacaqlar” fikirlərini özündə əks etdirməklə Qarabağa olan sonsuz məhəbbətinin bir daha ifadəsidir.

O qeyd edib ki, Azərbaycan xalqı dövlət rəhbərinin torpağa, vətənə olan məhəbbətini, sədaqətini hər bir çıxışında, əməlində duyur və hiss edir: