Ca. İyn 24th, 2021

“AzeriCard” prosessinq mərkəzi istehlakçılar üçün yeni mobil tətbiq hazırlayır.

bu barədə “AzeriCard” MMC-nin baş direktoru Fərid Quliyev “Fintex Summit Online” tədbirində deyib.

Onun sözlərinə görə, yeni tətbiq özündə “AzeriCard”ın xidmət göstərdiyi bütün bankların xidmətlərini birləşdirəcək və müştərilərin bank xidmətlərindən istifadəsini sadələşdirəcək.

F.Quliyev əlavə edib ki, layihə “Visa” beynəlxalq ödəniş sistemi ilə birgə reallaşdırılır.