Bz. İyn 20th, 2021

“Azpetrol” şirkəti korporativ sosial məsuliyyət prinsipləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 15 saylı Ərazi Məşğulluq Mərkəzi və Sosial Xidmətlər Agentliyinin 13 saylı filialı ilə birgə 44 gün davam edən Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə ərzaq yardımı edib.

Cənub bölgəsində təşkil edilən xeyriyyə aksiya çərçivəsində Lənkəran 64, Astara 41, Lerik 45 olmaqla 150 ailə ərzaqla təmin edilib.

Azpetrol- Daima İnkişafa Doğru!