Ça. İyl 27th, 2021

Birləşmiş Ərəb Əmirlikləri Fars körfəzində əcnəbilərin vətəndaşlıq almasına icazə verən ilk ölkə olacaq.

Trend Qazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə “WAM” dövlət xəbər agentliyi yazır.

Vətəndaşlığa namizəd investor, həkim, ixtiraçı, elm adamı, ziyalı, sənətçi və onların ailə üzvləri ola bilərlər. Müraciətlər hökumət və yerli icra hakimiyyəti orqanları tərəfindən nəzərdən keçiriləcək.

“İnkişafımıza töhfə verəcək yeni fərman istedadlı insanları cəlb etmək məqsədi daşıyır”, – Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri Şeyx Məhəmməd İbn Rəşid Əl Məktumun sözlərindən sitat gətirilir.