Ça. İyl 27th, 2021

Ölkə qanunvericiliyinə müvafiq olaraq Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi tərəfindən ötən il 79 858 akt tərtib olunub.

bunu Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Rəhman Məmmədov deyib.

O bildirib ki, onlardan 76 433 akt qanuna uyğun olub: “2 939 aktın isə ləğvi üçün aidiyyəti üzrə tapşırıq verilib. Pandemiya dövründə digər sahələrdə olduğu kimi Bələdiyyələrlə iş mərkəzinin də fəaliyyətində çətinliklər yaranıb. İnzibati tədbirlər görülməsi nəticəsində bələdiyyə aktlarının ləğvi məsələləri 0,5 faiz azalıb.

İl ərzində 3500 müraciətə baxılıb, bu istiqamətdə 800 nəfərin qəbulu həyata keçirilib.