Ça. İyl 27th, 2021

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, 1 fevral tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını gündə üç dəfəyədək artırır.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, reyslər aşağıdakı cədvəl üzrə həyata keçiriləcək:

– Bakıdan uçuş saat 08:00, 13:40 və 19:20;

– Naxçıvandan uçuş saat 10:50, 16:30 və 22:10.