Be. İyn 21st, 2021

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Yasamal rayonunun Tbilisi prospektində Sumqayıt şəhər sakini A.Hacıyev idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini H.Qurbanovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.