Ça. İyl 27th, 2021

Bakı Nəqliyyat Agentliyi (BNA) daha bir küçədə xüsusi avtobus zolağının təşkili işlərini yekunlaşdırıb.

BNA -dan Trend-ə verilən məlumata görə, Rəşid Behbudov küçəsi boyunca avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilib və zolağın qüvvədə olduğunu bildirən yol nişanı qoyulub:

“Sürücülərdən xahiş edirik ki, qeyd olunan küçədə xüsusi avtobus zolaqlarının və yol nişanının tələbinə əməl etsinlər.

Məlumat üçün bildirək ki, Rəşid Behbudov küçəsindən gün ərzində ümumilikdə 10 müntəzəm marşrut xətti üzrə 150-ə yaxın avtobus keçir. Zolağın tələbinə əməl etməklə siz gün ərzində orta hesabla 120.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan çatmasına şərait yaradacaqsız.