Şb. İyn 19th, 2021

Bakıda evində gəlinini xüsusi amansızlıqla qətlə yetirərək zibil qutusuna atmaqda təqsirləndirilən İdris Məhərrəmovun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Nəsimi rayon məhkəməsində keçirilən prosesdə İ. Məhərrəmov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, yanvarın 27-də saat 1 radələrində Nəsimi rayonunun Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi”nə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.