Şb. İyn 19th, 2021

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi qeyd olunur. Bununla əlaqədar olaraq bu il Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunub.

Trend oxuculara Bakıdakı Nizami Gıncəvi heykəlinin yaradılması tarixçəsini təqdim edir.

Nizami Gəncəvinin heykəlinin 1941-ci ildə, şairin 800 illiyi münasibətilə ucaldılması planlaşdırılırdı. Bunun üçün 1930-cu illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti nəzdində Yubiley Komitəsi yaradılmışdı.

1939-cu ildə Nizami Gəncəvinin bədii obrazının yaradılması üçün respublika müsabiqəsi təşkil olunub. 1940-cı ildə Qəzənfər Xalıqovun yaratdığı obraz həqiqi obraza daha yaxın hesab edilib və müsabiqənin ikinci turunda qalib gəlib.