Şb. İyn 19th, 2021

“İşğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarımızın 30 faizindən çoxu formalaşır”. 

APA-nın məlumatına görə, bunu işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. O bildirib ki, həmin ərazilərdə 10 böyük çay var. 

Araz çayının da bir hissəsi bu ərazilərdən keçir: “Xaçınçay, Araz, Tərtər çayı, Qarqar çayı öz başlanğıcını Ermənistandan götürür. Aparılan araşdırmaların nəticələri yaxşı olmayıb. Suların tərkibində həyat üçün təhlükəli olan elementlərin miqdarı normadan çoxdur”.