Ça. İyl 27th, 2021

Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzdə ilk rəsmi qəbul keçirilib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, Mərkəzdə ilk rəsmi qəbul Azərbaycan müdafiə naziri Zakir Həsənov və Türkiyənin milli müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu arasında olub.

Görüş zamanı Yunus Əmrə Azərbaycanın qazandığı şanlı qələbənin önəmini qeyd edib. Bölgədə sülhün yarandığını bildirib.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi mərkəzin ərazisində ağac əkilməsi ilə yekunlaşıb.