Şb. İyn 19th, 2021

BMT Baş katibi Antonio Quterreş cümə axşamı koronavirusa qarşı peyvənd olunub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Baş katib “Twitter” hesabında yazıb.

A.Quttereş qeyd edib ki, COVID-19 peyvəndinin ilk dozasını aldığı üçün özünü xoşbəxt hiss edir: “Peyvəndlə hər yerdə hər kəsin təmin olunmasına çalışmalıyıq. Əks halda pandemiya dövründə heç birimiz özümüzü təhlükəsiz hiss etməyəcəyik”.