Bz. İyn 20th, 2021

Braziliyanın Parana ştatında sərnişin avtobusu dərəyə aşıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, qəza zamanı avtobusda 59 nəfər olub. Qəza nəticəsində 21 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar xəstəxanaya çatdırılıb, onlardan 7-nin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır.