Ça. İyl 27th, 2021

Pandemiya səbəbindən iyul ayına təxirə salınması təklif edilən karnavala nə prefektura, nə də Rio-de-Janeirodakı Müstəqil Samba Məktəbləri Liqasından olan təşkilatçılar hazırlaşmağa vaxt tapmırlar.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rio-de-Janeironun meri Eduardu Payes deyib.

O bildirib ki, bu il Braziliyada karnaval keçirilməyəcək: “Mən heç vaxt karnavala olan həvəsimi və bu mədəni tədbirin şəhərimizin iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğunu dəqiq dərk etdiyimi heç vaxt gizlətməmişəm. Lakin hazırkı şəraitdə karnavalın iyul ayında keçirilməsinin mümkün olacağına inanmaq mənim üçün ağlasığmaz görünür”.