Ça. İyl 27th, 2021

Braziliyanın Tokantis ştatında təyyarə qəzaya uğrayıb. 

APA-nın “Globo” nəşrinə istinadən verdiyi məlumata görə, Portu-Nasiunal şəhərində baş verən qəza nəticəsində 6 nəfər həyatını itirib. 

Təyyarə uçuş xəttindən havaya qalxdıqdan az sonra yerə çırpılıb. 

Təyyarənin göyərtəsində pilotla bərabər Braziliyada 4-cü diviziyada mübarizə aparan “Palmas” klubunun 4 futbolçusu və klub prezidenti olub.