Şb. İyn 19th, 2021

Braziliyada son sutka ərzində daha 59 826 nəfərin koronavirus infeksiyasına yoluxması, 1119 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 9 118 513 nəfər yoluxub. Bu müddət ərzində 222 666 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 7 960 643 xəstə müalicə olunaraq sağalıb.