Ça. İyl 27th, 2021

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynovla görüşüb. 

APA-nın məlumatına görə, bu barədə səfir “Twitter”də bildirib. 

“Emin Hüseynovla Azərbaycanın işğaldan azad olunmuş əraziləri üçün iqtisadi inkişaf planları barədə faydalı bir görüşüm oldu”, – deyə səfir vurğulayıb.