Bz. İyn 20th, 2021

Böyük Britaniyada son sutka ərzində 1631 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 100 162 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb. 

Son sutka ərzində 20 089 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 689 746 nəfərdir.