Ca. İyn 24th, 2021

Böyük Britaniyada son sutka ərzində 22 195 nəfərdə koronavirus aşkar olunub. Bu, dekabrın 15-dən etibarən qeydə alınan ən aşağı göstəricidir.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 669 658 nəfərdir.

Son sutka ərzində 592 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 98 531 nəfər olub.