Bz. İyn 20th, 2021

Belçikanın paytaxtı Brüssel şəhərində koronavirusla əlaqədar karantin tədbirlərinə qarşı etiraz aksiyası keçirilib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, etiraz aksiyasında təxminən 400 nəfər iştirak edib. Aksiya keçirilən əraziyə 500-dən artıq polis əməkdaşı cəlb edilib.

Məlumata əsasən, etiraz aksiyası zamanı onlarla etirazçı polislər tərəfindən saxlanılıb.